İsrail "Hizbullah"ın səhra komandirini məhv etdiyini açıqlayıb

15:49 19 Oktyabr 2024

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Bint Cbeil bölgəsində keçirdiyi əməliyyat nəticəsində "Hizbullah" təşkilatının səhra komandirlərindən biri öldürülüb.

Sitat.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.

"Hərbçilərimiz Livanın cənubunda "Hizbullah"a qarşı lokal və məqsədyönlü reydləri davam etdirir. Xüsusilə, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri "Hizbullah"ın çoxsaylı silah anbarına və buraxılış meydançasına zərbələr endirib", - deyə İsrail ordusunun məlumatında qeyd olunub.

Lakin İsrail tərəfi zərərsizləşdirilən səhra komandirinin adı haqqında məlumat verməyib.



Xəbər xətti