ŞOK İDDİA! Deputat İqbal Məmmədov həbs oluna bilər: 10 milyon vergi borcu...

21:43 1 Fevral 2022

"Deputat İqbal Məmmədovun 10 milyon manata yaxın vergi borcu var. Bilirsiz də bu hansı deputatdır? El arasında "Relax İqbal" deyirlər, qəşəng otelləri, restoranları, istirahət mərkəzləri var. 2019-da deputatın oğlu "Relax"-ı yoxlamağa gələn vergi işçilərini döymüşdü. İndi də məlum olur ki, deputatın şirkətinin milyonlarla vergi borcu var".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli yazıb.  

N.Cəfərli  bildirib ki, 2016-cı ildə ona yalandan, tam qurama kağızla 2070 manat vergi borcu yazıb həbs etmişdilər, amma İqbal Məmmədov 1 milyon manat borcla azadlıqda gəzir: "Əlimdə vergilərin rəsmi "borcu yoxdur" sənədi olsa da, məhkəmə dedi var, həbs olunmalıdır. Bəs necə olur ki, deputatın şirkətinin 10 milyon manat vergi borcu var, amma o, hələ də azadlıqdadır, hələ də deputatdır. Ümumiyyətlə, məsələ çox aydındır: Təcili proporsional seçki haqqında qanun qəbul edilməlir. Deputatların sayı 155 nəfərə qədər artırılmalı, ancaq partiya siyahıları ilə normal parlament formalaşdırılmalıdır. Sonra da hökumət məhz həmin yeni Parlamentdən çıxmalı və sosial-iqtisadi işlərlərlə məşğul olmalıdır. 

Prezident Dövlət Başçısı, Milli Məclisdən çıxan hökumətin rəhbəri isə hökumət başçısı olmalıdır. Gecikirik, zaman daralır...".

Qeyd edək ki, bir neçə gün öncə iş adamı Hafiz Məmmədov vergi borcuna görə həbs edilmişdi. Bu o deməkdir ki, deputat İqbal Məmmədovu eyni tale gözləyir. 

Digər tərəfdən isə qanunvericilik millət vəkilinin bizneslə məşğul olmasını qadağan edir. Bu da başqa bir hüquq pozuntusudur. 

 

SİTAT.İNFO

 



Xəbər xətti