FED bu il faizləri iki dəfə də endirəcək – Valyuta Fondu

22:25 22 Oktyabr 2024

ABŞ Federal Ehtiyat Sistemi (FED) 2024-cü ildə baza faiz dərəcəsini daha iki dəfə, gələn il isə dörd dəfə azalda bilər.

Musavat.com xəbər verir ki, bu proqnozla Beynəlxalq Valyuta Fondunun (BVF) baş iqtisadçısı Pyer-Olivier Qurinşa çıxış edib.

Qurinşanın fikrincə, faiz dərəcəsi sonda indiki 4,75-5 faiz diapazonundan təxminən 2,75-3 faizə düşəcək. Fond hesab edir ki, bu qərar “inflyasiya ilə mübarizədə irəliləyiş, habelə əmək bazarının soyuması” ilə diktə olunur: "Beləliklə, FED indi dezinflyasiya prosesinin son mərhələsinin ölkədə iqtisadi fəallığa zərbə vurmasından narahatdır. Son mərhələdə iqtisadi aktivliyə zərər vermədən inflyasiyanın azaldılması getdikcə çətinləşir”.

Xatırladaq ki, sentyabrda FED baza dərəcəsini 4,75-5 faizə endirib. Faiz aralığında azalma bazar tərəfindən gözlənilən idi.

 



Xəbər xətti