“Terror hücumunu lənətləyir, şəhidlərimizə rəhmət diləyirəm" - Ərdoğan

20:01 23 Oktyabr 2024

Türkiyə Prezidenti Ərdoğan BRİKS sammiti çərçivəsində Rusiya prezidenti Putinlə görüşüb.

Sitat.info xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Ankaranın Kahramankazan rayonunda TAİ-nin kampusunda baş verən terror aktı ilə bağlı açıqlama verib.

Ərdoğan açıqlamasında "4 şəhidimiz, 14 yaralımız var. Bu mənfur terror aktını lənətləyir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm" - deyib.

Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışından diqqət çəkən məqamlar belədir: "TAİ-yə terror hücumu nəticəsində 4 şəhidimiz, 14 yaralımız var. Bu mənfur terror aktını lənətləyir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm.Türkiyəyə başsağlığı verirəm”

Rusiya prezidenti Putinin çıxışından diqqət çəkən məqamlar bunlardır: "Türkiyəyə başsağlığı vermək istəyirəm. TAİ-də həyata keçirilən terror aktını şiddətlə qınayırıq. Burada olmanız bizim üçün vacibdir. Rusiya-Türkiyə münasibətləri yaxşı qonşuluq xarakteri daşıyır. Təcrübəmiz əsasında illər ərzində əlaqələrimiz inkişaf edir. Biz hər il kommersiya məsələlərində daha dinamik oluruq, ticarət dövriyyəmiz artır. Göründüyü kimi, Türkiyə strateji əlaqələrimizdə mühüm tərəfdaşdır. "Akkuyu" bunun üçün nümunəvi layihədir. Türkiyədə beynəlxalq qaz şəbəkəsinin yaradılması istiqamətində atdığımız addımlar öz bəhrəsini verməyə başlayıb. Akkuyu AES bizim üçün mühüm layihədir. Bunun üçün 7/24 işləyirik. Gələn il bunun daha səmərəli işlədiyini görəcəyik".

Xatırladaq ki, bu gün Ankarada TUSAŞ aerokosmik şirkətinin inzibati binasına terror hücumu həyata keçirilib, qurumun işçiləri əsir götürülüb. Biri qadın, digəri kişi olan iki terrorçu zərərsizləşdirilib, 4 nəfərin öldüyü, 14 nəfərin yaralandığı bildirilir. 

Sitat.info əməkdaşları adından qardaş ölkədə baş verən terroru lənətləyir, ölənlərə rəhmət, yaralılara acil şəfa diləyirik. 

Məğrur,

Sitat.info



Xəbər xətti