“Rusiyanın Ukraynaya müdaxiləsi hərbi və humantiar fəlakətə gətirib çıxaracaq”.
Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniya baş naziri Boris Conson Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, Rusiya istənilən hərbi hərəkətlərdən çəkinməli və diplomatiya yolunu seçməlidir. Lakin bununla bərabər Britaniya baş naziri təhlükənin olduqca aydın və real olduğunu bildirib.
Boris Consonun fikrincə, Rusiya “qaçılmaz hərbi kampaniyaya hazırlaşır”.
“Vladimir Putin Ukraynanın başına tapança dirəyib. Berlin divarı yıxılanda mən gənc idim. Bu hadisə istənilən ölkənin təhlükəsizlik sahəsində istənilən ittifaqı seçə bildiyini göstərdi. Lakin Rusiya prezidenti bütün bu düzəni dağıtmaq, yeni Yalta sistemini qurmaq və nüfuz dairəsini qazanmaq istəyir. Əgər Kremlin ambisiyaları qalsa, onda təkcə Ukrayna deyil, Gürcüstan və Moldova kimi ölkələr də buraya daxil ediləcək", -deyə o, qeyd edib.
Baş nazir ilk rus əsgərini Ukrayanya ayaq basdığı gün sanksiyaların tətbiq olunacağını vurğulayıb.