Avropa çempionatı: Rusiya millisi yarımfinalda Ukraynaya rəqib olub

00:45 2 Fevral 2022

Futzal üzrə Avropa çempionatında daha bir yarımfinalçı müəyyənləşib.

"Report"un məlumatına görə, 1/4 finalda Gürcüstan yığmasını 3:1 hesabı ilə məğlub edən Rusiya millisi adını növbəti mərhələyə yazdırıb. Komanda finala gedən yolda Ukrayna yığması ilə qarşılaşacaq. İki ölkə arasındakı siyasi məsələlərə görə matçın olduqca gərgin keçəcəyi gözlənilir.

Digər yarımfinal oyununda isə Portuqaliya ilə İspaniya - Slovakiya cütünün qalibi üz-üzə gələcək. Hər iki qarşılaşma fevralın 4-də oynanılacaq.

Qeyd edək ki, Niderlandda keçirilən Avropa çempionatında Azərbaycan millisi də iştirak edib. Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv mübarizəni qrup mərhələsində dayandırıb.



Xəbər xətti