Türkiyə - Ermənistan münasibətlərinin normallaşması Bakının marağındadırmı? - Politoloq REAl VƏZİYYƏTİ şərh etdi

17:19 30 Aprel 2022

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib ki, Türkiyə kimi iqtisadi gücə və dünyada barmaqla sayıla biləcək aparıcı orduya sahib olan ölkəyə qarşı ərazi iddiasının olması tamamilə qeyri-rasionaldır: "Biz Türkiyə-Ermənistan prosesini dəstəkləyirik. Hesab edirəm ki, bu, Ermənistan hökuməti və siyasətçiləri üçün fürsətdir. Gələcəkləri necə olacaq və özlərini regionda necə görürlər. Bax, bu haqda yaxşı düşünməlidirlər. Fikrimcə, onların aydın anlayışı yoxdur. Onlar bütün illüziyaları bir kənara qoymalı, ordunu yenidən qurmaq, 5 milyon nəfər əhaliyə sahib olmaq və güc toplayaraq torpaqları geri qaytarmaq kimi fikirlərdən vaz keçməlidirlər. Əks halda, bu, onların dövlətçiliyinin rəsmi süqutu olacaqdır”. 


Bəs Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırlıması Azərbaycan və Ermənistana hansı üstünlükləri qazandıracaq?


Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov bildirdi ki, prezident konfransda çıxışı zamanı bir sıra ciddi məsələlərə toxunub, bunlardan biri də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın yeni reallığı və bu reallıq fonunda Ermənistan-Türkiyə münasibətidir: “Bu məsələdə Azərbaycanın mövqeyi Türkiyənin mövqeyi ilə üst-üstə düşüb. Ümumiyyətlə Ermənistanla münasibət mövzusunda Azərbaycan və Türkiyə həmişə eyni tərəfən çıxış edibər. Bu gündə bu uzlaşma davam etməkdədir.  Biz zaman-zaman baş verən proseslərdə də bunun şahidi olmuşuq. 


Bir müddət əvvəl Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması, sərhədlərin açılması, xüsusilə də təyyarə reyslərinin açılmasında bir sıra fikirlər səsləndirildi ki, artıq Türkiyə Azərbaycanı kənarda saxlayır, Türkiyə- Ermənistan münasibətləri Azərbaycanın iştirakı olmadan həyata keçirilir.
 Amma buna baxmayaraq Türkiyənin bir sıra rəsmi vəzifəli şəxsləri, prezdent Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın açıqlama verdi ki, bu proseslər Azərbaycanın razılığı əsasında həyata keçirilir. Azərbaycan rəsmilərinin də mövqeyi eyni xarakterə malikdir. Çünki, Türkiyə ilk gündən Azəbaycana qarşı təcavüz planını həyata keçirən, soyqrım törədən, torpaqlarının 20%-ni işğal edən Ermənistana qarşı sərhədlərini bağlamasının səbəbi onların Azərbaycana qarşı olan əsassız ərazi iddiaları,düşmənçiliyi ilə bağlı idi. Çünki Türkiyə Azərbaycana ən yaxın, müttəfiq, qardaş dövlətdir. 
Türkiyə bunu da qeyd edir ki, Ermənistanın Azərbaycana qarşı yönəltdiyi əsassız iddiaları Türkiyəyə qarşı da yönəldib. Bu kimi ədalətsiz mövqe tutan Ermənistana Azərbaycanın razılığı olmadan münasibətlərin qurulması Türkiyə dövlətinin özünün də maraqlarına zidd olan bir addımdır. Bunu Türkiyə və Azərbaycanın rəhbərliyi və xalqı da anlayır, hər iki ölkənin vətəndaşlar dövlətin yeritdiyi siysəti dəstəkləyir”.


Siyasi şərhçinin fikirlərinə görə Türkiyənin bu prosesə qoşulmasının səbəbi zaman-zaman Azərbaycanla yanaşı Türkiyənin də Ermənistanı siyasi-iqtisadi blokadaya saldığını dünyaya haray çəkən Ermənistanın əsl üzünü göstərməkdir: “Türkiyəyə qarşı ərazi iddiaları, düşmənçilik siyasəti yürütməkdə Ermənistanın "fəaliyyəti" nəticəsində Türkiyə bu prosesə qoşuldu.
Prezident İlham Əliyevin bu məsələdə mövqeyi bizim maraqlarımıza uyğun gəlir, artıq vəziyyət və mövcud şərtlər dəyişib. Zaman Azərbaycanın xeyirinə işləyir. İkinci Qarabağ müharibəsindən sonra məğlubiyyətə uğrayan Ermənistandır və hazırkı  dövrdə bu statuskvo ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılıması, əslində regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması, gələcəkdə dayanıqlı inkişafa rəvac verilməsi ilə bağlı Azərbaycan dövlətinin də maraqlarına uyğundur. Çünki biz istəyirik ki, Ermənistan sülh sazişini imzalasın. 
Biz Ermənistana qarşı müharibə aparmamışıq, ərazi iddiası irəli sürməmişik. Öz ərazilərimizi işğaldannazad etmək məqsədilə hərbi əks-hücuk əməliyyatı keçirmişik. Bu da bizim qələbəmizlə başa çatıb, düşmən qanunsuz yolla daxil olduğu ərazilərdən məcburi şəkildə çıxarılıb. BMT-nin 4 qətnaməsinin də paralel olaraq icrasına nail olmuşuq”. 


Xəyal Bəşirov qeyd edir ki, Azərbaycan öz ərazilərinə nəzarət etdiyi bir dönəmdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması bizim dövlətimizin və xalqımızın, dövlətçiliyimizin maraqlarına xidmət edir: “ Qarabağ müharibəsindən sonra bəzi problemlər hələ də mövcuddur. Amma bu problemlər heç də 30 ilə yaxın bir müddətdə olan işğal problemi ilə eyniləşdiriləcək bir problem deyil. 


Bu gün Azərbaycan bu istiqamətdə addımlar atmaqdadır,amma, bu problemlər Türkiyə və Ermənistanın münasibətlərinin normallaşdırıması ilə paralel aparılır. Yəni bu münasibətlərin normallaşması problemlərin həllinə nail olması ilə nəticələnəcək. Bunu Ermənistan da yaxşı  bilir. Türkiyə dövləti də öz məqsədini açıq şəkildə bəyan edib. Təbiki prezident İlahm Əliyev də baş verən hadisələri düzgün təhlil edən bir lider kimi, regionda sülhün və sabitliyin tərəftarı olan, bu prizmadan çıxış edən lider kimi,  Azərbaycan dövlətinin mövqeyni Dünya  ictimaiyətinə çatdırır.


Bu gün heç kim düşünməsin ki, Türkiyə-Ermənistan münasibətlərinin istiləşməsi artıq keçmiş münaqişədən sonda mövcud olan problemləri kölgədə qoyub arxa plana keçirəcək.
Bu problemlərin həlli həyata keçirilməli, Ermənistan öz üzərinə düşən vəzifələri yerinə yetirməli və yalnız bundan sonra Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan münasibətləri normallaşa, sərhədlər açıla və regionda iqtisadi, hərtərfli prosesin həyata keçirilməsinə nail olmaq olar”.


Safura Bənnayeva
Sitat.info



Xəbər xətti