İran prezidenti Məsud Pezeşkian Donald Trampın Amerika seçkilərində qalib gəlməsindən bir həftə sonra ABŞ-la münasibətlər haqqında danışıb.
Sitat.info-nun xəbərinə görə, o bildirib ki, İran ABŞ-la qarşıdurmanı və münasibətləri müstəqil şəkildə idarə etməlidir.
Pezeşkian bu gün keçmiş xarici işlər nazirləri ilə görüşündə bu haqda danışıb: “Amerikaya gəlincə, istəsək də, istəməsək də, sonda regional və beynəlxalq arenada bu ölkə ilə qarşılaşacağıq və yaxşı olar ki, bu əlaqələri özümüz idarə edək”.
Nigar,
Sitat.info