Abşeron rayonunda dörd nəfər dəm qazından zəhərlənib.
“Report”un məlumatına görə, hadisə rayonun müxtəlif ərazilərində qeydə alınıb.
Belə ki, Hökməli qəsəbəsində 1992-ci il təvəllüdlü Nurullayev Emil Elşən oğlu, Masazır qəsəbəsində 2010-cu il təvəllüdlü Bağırova Zəhra Etibar qızı, Mehdiabad qəsəbəsində 1992-ci il təvəllüdlü Zeynalov Aqil Alik oğlu və Novxanı qəsəbəsində 2014-cü il təvəllüdlü Məmmədəliyeva Asif Dəniz qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.