Azərbaycan iqtisadiyyatı 5% böyüdü

13:55 16 Noyabr 2024

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 103 milyard 495,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

 

Sitat.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7% qeyri neft-qaz sektorunda isə 6,8% artıb.

ÜDM istehsalının 37,1%-i sənaye, 10%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 6,3%-i tikinti, 6,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 19,2%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10%-ni təşkil edib.

Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 10 146,5 manat olub. 



Xəbər xətti