Qazaxıstanın birinci Prezidenti-elbası Nursultan Nazarbayevin daha bir səalhiyyəti əlindən alınıb.
APA TASS-a istinadən xəbər verir ki, ölkə parlamentinin bu gün keçirilən iclasında ölkənin daxili və xarici siyasət təşəbbüslərinin Nazarbayevlə razılaşdırılması barədə qərarı ləğv edib.
Belə ki, “Birinci Prezident Haqqında” Qanunda ölkənin əsas xarici və daxili siyasət təşəbbüslərinin Nursultan Nazarbayevlə razılaşdırılması barədə norma var idi.