1 balıq, yoxsa 10 milyon vergi borcu - Hansı daha böyük suçdur?

10:21 2 Fevral 2022

Məlum olduğu kimi, bu günlərdə deputat Cahangir Feyziyevin milyonlarla dollar vəsaiti London məhkəməsi tərəfindən müsadirə edildi. Deputatın qanunsuz bizneslə məşğul olması, dövlət vəsaitini mənimsəməsi, vəsaitləri xaricə qaçırması və bunun fonunda hüquq-mühafizə orqanlarının heş bir addım atmaması, digər tərəfdən deputat İqbal Məmmədon 10 milyon manat vergi borcu olsa da ona gözün üstə qaşın var deyilməməsi bir cəzasızlıq mühitinin olduğunu göstərir. 

Bunun qarşılığında isə vətəşın 1 ədəd balığı qanunsuz ovladığına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin belə şou göstərməsi sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib. 

Kimin suçu daha böyükdür? 

Qanun niyə göldəki bir balığı qoruduğu qədər büdcədəki milyonlarla vəsaiti qorumur? 



Xəbər xətti