Azərbaycan startapı "Bankoff"a qarşı sanksiya tətbiq olunub.
"Ölkə.Az"ın məlumatına görə, "Visa" və "Stripe" qlobal ödəniş sistemləri "Bankoff" kartlarına xidmət göstərməyi dayandırıb. "Bankoff"un öz resurslarının da bloklandığı bildirilir.
Problemlə bağlı "Bankoff" özü də müştərilərinə məlumat verib.
Qeyd edək ki, "Bankoff" internet üzərindən virtual kartlar təqdim edən servisdir və onlayn xidmət göstərir.
Qoyulan qadağalara səbəb isə "Visa" və Mastercard" şirkətlərinin Rusiya bazarından çıxmasının ardından Rusiya vətəndaşlarının onlayn kart əldə etmək üçün "Bankoff"a kütləvi müraciəti olub. Belə ki, ruslarla bağlı olaraq startapın müştərilərinin sayının 10 dəfə artdığı bildirilir.