Rusiya-Gürcüstan sərhədinin “Yuxarı Lars” keçid məntəqəsi yaxınlığında ümumilikdə 1370 yük maşını keçid üçün gözləyir.
Sitat.info xəbər verir ki, bu barədə Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzi məlumat yayıb.
Bildirilib ki, gözləyən yük maşınlarından 446-sı Ermənistana aiddir.
Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsinin qar səbəbindən bir neçə gündür bağlıdır.