Gəncə terrorunda valideynlərini itirən Sevilin nişanından GÖRÜNTÜLƏR

12:49 4 May 2022

II Qarabağ müharibəsi zamanı Ermənistanın Gəncə şəhərinə raket atması nəticəsində valideynlərini itirən Sevil Əliyeva evlilik yolunda ilk addım atıb.

Sitat.info BAKU.WS-a istinadən xəbər verir ki, o sevib-seçdiyi Talış adlı bəylə nişanlanıb. Sevilin nişan mərasimində ailə üzvləri və yaxınları iştirak ediblər.

Onun xoş gündən fotolar sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Sevil ötən il Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub. O, hər iki valideynini 2020-ci il oktyabrın 11-də itirib.



Xəbər xətti