İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ölkəsinin nüvə fəaliyyətinin şəffaf olduğunu və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarəti altında həyata keçirildiyini bildirib.
Sitat.info İRNA-ya istinadən xəbər verir ki, Məhəmməd İslami mətbuat mənsublarının suallarını cavablandırarkən deyib.
"İranın nüvə proqramı və marşrutu aydındır. O, şəffaf və dinc xarakter daşıyır. Bizim bütün fəaliyyətlərimiz MAQATE-nin nəzarəti altında və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsindədir".
Proqram çərçivəsində uranın zənginləşdirmə səviyyəsinin maksimum 60 faiz olaraq təyin edildiyini ifadə edən İslami deyib: "Fərqli hədəflərə görə fərqli zənginləşdirmə dərəcələrimiz var. Önəmli olan odur ki, səmərəliliyi artıra bilərik. İrəli səviyyəni də planlarımıza daxil etdik.
Xatırladaq ki, İran və İngiltərə, Fransa və Almaniya xarici işlər nazirlərinin müavinlərinin noyabrın 29-da Cenevrədə İranın nüvə proqramı və regional hadisələri müzakirə etmək üçün görüşəcəkləri gözlənilir.
Nigar,
Sitat.info