Moskvadan Afinanın Ermənistana S-300 göndərməsinə reaksiya

20:30 27 Noyabr 2024

Afinaya Rusiya silahlarının Rusiyanın razılığı olmadan təkrar ixracını qadağan edən ikitərəfli sazişləri xatırladırıq.

Sitat.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O vurğulayıb ki, Afina məsələ barədə Moskvaya məlumat verməyib.

Qeyd edək ki, Yunanıstan Ermənistana S-300 və bu ölkənin hava hücumundan müdafiə sistemində istifadə edilən Rusiya istehsalı daha iki sistemi təhvil vermək və onları İsrail sistemləri ilə əvəz etmək niyyətindədir.



Xəbər xətti