Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) Rusiya ordusuna qarşı daha bir uğurlu əməliyyat həyata keçirib.
Musavat.com Ukrayna mediasına istinadla xəbər verir ki, Kursk vilayətində keçirilən əməliyyat zamanı Rusiyanın 810-cu dəniz piyadaları briqadasına aid olan onlarla hərbçi əsir götürülüb.
Əməliyyatın detalları haqqında yayılan məlumatlara görə, əsir götürülən hərbçilər Rusiya Silahlı Qüvvələrinin peşəkar bayramını qeyd etdiyi gün hücuma məruz qalıb. Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri bu hadisəni qələbə əhval-ruhiyyəsi ilə qeyd edərək bildirib:
“Düşmənin dəniz piyadaları məhz bu cür öz peşə bayramlarını qeyd etməlidirlər.”
Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri öz rəsmi “Telegram” kanalı vasitəsilə yayıb. Əməliyyatdan görüntülər də təqdim edilib, hansı ki, düşmənin ağır itkilərə məruz qaldığını və əsirlərin durumu ilə bağlı sübutları nümayiş etdirir.