Xəbər verdiyimiz kimi Co Baydenin administrasiyasının nümayəndəsi Ukraynanın canlı qüvvəyə ehtiyacı olması barədə fikir bildirib. Bildirib ki, səfərbərlik və canlı qüvvənin artırılması Ukrayna Silahlı Qüvvələri üçün əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər.
Eyni zamanda, rəsmi etiraf edib ki, Rusiya silahlı qüvvələri inamla uğur əldə edir, xüsusən də Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindəki mövqelərdən geri itələyir.
Onun bu çıxışından sonra rəsmi Kiyev Vaşinqtonun çağırış yaşını azaltmaq tələbinə qarşı çıxıb.
Ukrayna hökuməti ABŞ-ın hərbi xidmətə çağırış yaşını 18 yaşa endirməkdə israr etməsinə cavab olaraq Vaşinqtondan daha çox silah verməsini və Ukrayna ordusuna təlim keçməsini tələb edib.
Sitat.info xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Ukraynanın ədliyyə naziri Olqa Stefanişina isə açıqlamasında respublikanın hərbi xidmətə çağırış yaşının aşağı salınmasına ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ Ukrayna briqadalarını silahla təmin etməlidir.
Qeyd edək ki, Ukraynada Ali Rada çağırışçıların hərbi qeydiyyata alınması üçün maksimum yaş həddinin 27-dən 25-ə endirilməsi haqqında qanun qəbul edib.
Səid,
Sitat.info