Mustafa Şentop Azərbaycana səfər edəcək

15:25 4 May 2022

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycana səfər edəcək.

Sitat.info bildirir ki, APA-nın İstanbul müxbirinin əldə etdiyi xəbərə görə, səfər 16-18 may tarixlərində baş tutacaq.

Səfər çərçivəsində Mustafa Şentop qeyd olunan tarixlərdə Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının (PA) iclasında iştirak edəcək.



Xəbər xətti