Ermənistan Azərbaycanın iki ölkə arasında sülhlə bağlı baza prinsipləri təklifinə cavab verməsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyi bir müddət əvvəl məlumat yaymışdı. Belə ki, rəsmi İrəvan Azərbaycanla sülh danışıqlarına girməyə, müqavilə bağlamağa razı olduğunu bildirib. İki tərəf də razıdır,amma, hələ də müqavilə bağlanmayıb. Bunun səbəbi nədir? Hansı qüvvələr sülhə mane olmağa çalışır? Zaman-zaman təxribatların baş verməsi Ermənmistanın ikiüzlü siyasətinin nəticəsidir, yoxsa xarici dövlətlərin müdaxiləsi nəticəsində baş verir?
Mövzu ilə bağlı siyasi şərhçi Turan Rzayev SİTAT.İNFO-ya açıqlamasında zamanı bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində konkret addımlar atılır, 27 ildən sonra sülhə ilk dəfə bu qədər yaxındırlar: “ Təbiki burada 44 günlük müharibədə qazanılan qələbə, Azərbaycan prezidenti İlham Əliyevin apardığı xarici siyasət mühüm rol oynayır. Bu və digər faktları da nəzərə alsaq tərəflər arasında hazırda davam edən sülh müqaviləsinə aid danışıqları müsbət qiymətləndirmək olar.
Proses nə qədər müsbət qəbul edilsə də, buna qarşı çıxan qüvvələr də var. Yəni istəyirlər ki, hadisələri özləri idarə etsinlər və məsələ uzansın. Aydındır ki, bu məsələlərin başında dayanan elə Rusiyadır”.
Siyasi şərhçi vurğuladı ki, keçmiş SSRİ-nin yeritdiyi siyasəti bu gün Rusiya Federasiyası da yeridir: “Rusiya ümumiyyətlə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ortaya çıxmasında rolu olan əsas ölkədir.
Buna əsasən də hesab edirəm ki, prosesi əngəlləmək istəyən ölkələrdən birincisi elə Rusiyadır. Rusiya indi bu niyyətini açıq ifadə edə bilmir, bu da təbii ki Brüsselin Azərbaycan-Ermənistan danışıqlarında sərgilədiyi konstruktiv yanaşmadır.
"Sülhə bu qədər yaxın olduğumuz müddətdə Rusiyanın əks mövqe sərgiləməsi Brusselin mövqeyini gücləndirəcək, bu da Rusiyanın maraqlarına uyğun deyil. Azərbaycan və Ermənistanı eyni anda itirmək deməkdir. Buna görə də Rusiya Brusseldən geri qalmamağa çalışır ki, tərəflər arasında hansısa addım atılacaqsa buna Rusiya nəzarət edə bilsin"- deyə Turan Rzayev qeyd edib.
Siyasi şərhçinin fikirlərinə görə, əgər Rusiya-Ukrayna müharibəsi baş verməsəydi Rusiya əvvəllər etdiyi kimi İrəvana və Bakıya müəyyən təziqlər göstərməkdə davam edəcəkdi: “Rusiyanın Ukraynaya başının qarışması və Brüsselin mövzuda yaxından iştirak etməsi Rusiyanı çəkindirən faktorlardır. Ona görə də Rusiya bu prosesi ləngidə bilmir. Nə qədər mane olamağa çalışan qüvvələr olsa da rəsmi Bakı yekun sülhün əldə olunmasındə İrəvana təziqlərini davam etdirir və danışıqlarda sərgilədiyi mövqe daha konstruktivdir.
Bu qədər əngəllərə baxmayaraq proses inkşaf etibsə, deməli tamamlanacaq. Çünki çox çətin bir prosesdir və rəsmi Bakı danışıqların uzun çəkməsində maraqlı deyil”.
Ermənistan baş naziri Nikol Paşinyanın son çıxışları onu deməyə əsas verir ki, Ermənistan artıq reallığı qəbul edib və xalqını da inandırmağa çalışır: “Əslində Paşinyanın belə mövqe tutmasında Avropanın da rolu var. Ermənistan Qərbə inteqrasiya etmək istəyirsə ilk növbədə Türkiyə ilə münasibətlər normallaşmalıdır. Tükiyə ilə münasibətlərn normallaşması üçün isə Azərbaycanla sülh müqaviləsi bağlanmalıdır və sülhün şərtləri qeyd şərsiz yerinə yetirilməlidir.
Paşinyanın hakimiyyətə gətirilməsində məqsəd Ermənistanın Rusiyadan çıxarılıb Qərbə inteqrasiya etməaidir. Tərəflər arasında sülh müqaviləzinin imzalanması daha real ssenaridir”.- T.Rzayev qeyd edib.
Safura Bənnayeva
SİTAT.İNFO