İran XİN başçısı təcili Türkiyəyə gedir

22:01 30 Noyabr 2024

İran xarici işlər naziri Abbas Arakçı Türkiyəyə səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər 2 dekabrda baş tutacaq.

Qeyd edək ki, Suriyada rejimə müxalif qüvvələrin onlarla kəndi, o cümlədən Hələbi ələ keçirməsi və Suriya qüvvələrini darmadağın etməsindən sonra İran diplomatik fəallığını artırıb.

 



Xəbər xətti