Rusiyalı deputat Vladimir Dzhabarov bildirib ki, Avropa İttifaqı Rusiya neftini üçüncü ölkələr vasitəsilə alacaq.
SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqının Rusiyaya qarşı neft embarqosunu nəzərdə tutan sanksiya paketini açıqlamasından sonra rusiyalı deputat Vladimir Dzhabarov, Aİ-nin üçüncü ölkələr vasitəsilə Rusiya neftini almağa davam edəcəyini bildirib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen çərşənbə günü Rusiyaya qarşı 6-cı sanksiyalar paketini açıqlayıb. Üzv dövlətlər tərəfindən təsdiqlənməsi gözlənilən paketə əsasən, Aİ 6 ay ərzində Rusiyadan xam neft tədarükünü və ilin sonuna qədər təmizlənmiş məhsulların tədarükünü mərhələli şəkildə dayandırmağı hədəfləyir.
"Ria Novosti"yə danışan Rusiya parlamentinin beynəlxalq əlaqələr komitəsinin deputatı Dzhabarov Avropa İttifaqı ölkələrinin Rusiya neftini başqa ölkələrdən daha baha alacağını iddia edib. O, deyib ki, bu bir az çılğın görünür: "Deyirlər bizdən neft almayacaqlar. Heç bir şey yoxdur, almayın, heç kim məcbur etmir. Amma üçüncü ölkənin əli ilə almağa davam edəcəksiniz"
"Neft satışımız olduğu kimi qalacaq, ancaq sizə baha başa gələcək”.
Leyen tərəfindən təqdim edilən sanksiyalar paketinə Rusiyanın ən böyük bankı Sberbank və digər iki böyük Rusiya bankının SWIFT-dən çıxarılması təklifi də daxildir.
Nigar Abuzər
SİTAT.İNFO