Rusiya Telman İsmayılova görə Monteneqroya nota verdi - Putin "qisas" alır

14:09 2 Fevral 2022

Rusiya Monteneqro Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçə Federasiyaya giriş qadağası tətbiq edir.

 

Bu barədə Monteneqronun Rusiya Federasiyasındakı səfirliyinə Rusiya Xarici İşlər Nazirliyindən nota göndərilib.

Qeyd edilir ki, müvafiq tədbir Monteneqro hökumətinin 2021-ci ilin oktyabrında atdığı dostluğa sığmayan addımına görə - iş adamı Telman İsmayılova siyasi sığınacaq verilməsinə cavabdır.

Xatırladaq ki, əslən azərbaycanlı olan Telman İsmayılov “Rusiya Federasiyasının ərazisində xüsusilə ağır cinayətlər törətdiyinə görə” “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilib.



Xəbər xətti