Rusiya rəhbərliyi üzr istəməyi də "bacarmadı": Lavrovdan səs gəlmir...

14:34 6 May 2022

"Rusiya siyasətçiləri və diplomatları üzr istəməyi də bacarmırlar. Rusiya xarici işlər naziri Sergey Lavrov əvvəlcə yəhudləri təhqir etdi, ardınca rəhbəri olduğu Xarici İşlər Nazirliyi vasitəsilə bəyanat yayımlayaraq mövzunu “yaxşı eləmişəm”ə gətirdi".

SİTAT.İNDO xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

Onun sözlərinə görə, Putinin üzr  istəməsini Kreml təkzib edir: "İsrail prezidenti rusiyalı həmkarıyla telefonla danışdı. Bundan sonra İsraildən yayımlanan açıqlamada Vladimir Putinin israilli həmkarından Lavrovun sözlərinə görə üzr istədiyi bildirildi. Ancaq Kremldən yayımlanan məlumatda prezidentlərin telefon danışığı zamanı Putinin üzr istəməsinə dair cümlə yox idi, Lavrovun özündən də “tık” yoxdur. Əslində Lavrov Hitleri yəhudi elan etdikdən sonra Rusiyada bunun yanlış açılama olduğunu çoxları anlayırdı, ancaq qorxularından biri səsini çıxarıb yüngülcə də olsa etirazını bildirmədi".



Xəbər xətti