Ağdaşda ağır qəza: Polis əməkdaşı öldü - "Kamaz" minik maşını ilə toqquşdu

14:46 2 Fevral 2022

Ağdaşda ölümlə nəticələnən ağır qəza olub.

Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, fevralın 1-də saat 17 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Qobustan rayon sakini Gülxas Əmrahov idarə etdiyi “Daewoo” markalı avtomobili qarşıda gedən Ucar rayon sakini N.Allahverdiyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Sonradan idarəetməni itirdiyindən avtomobil qarşıdan gələn Şəmkir rayon sakini A.Verdiyevin idarə etdiyi “KamAZ” markalı digər avtomobilə çırpılıb. Nəticədə G.Əmrahov, sərnişinlərindən DİN Baş Mühafizə İdarəsinin Şamaxı Regional Mühafizə şöbəsinin əməkdaşı Pərviz Xudaverdiyev hadisə yerində ölüblər. Xəstəxanaya yerləşdirilən digər sərnişin Şamaxı rayon sakini Şakir Usubov isə orada ölüb.



Xəbər xətti