NATO Ukraynadakı müharibənin həlledici mərhələsinin vaxtını proqnozlaşdırıb.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Alyansın Baş katibinin müavini Mirça Coane “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
“Biz müharibənin həlledici mərhələsinə qədəm qoyuruq. Artıq həftələr qalıb. Biz müharibənin mümkün eskalasiyasını gözləmirik”, - o söyləyib.
NATO rəsmisi əmindir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı məğlubiyyətdən sonra Alyansa qarşı mübarizə aparmaq istəməyəcək.