Orta Asiya Rusiyadan imtina etdi: Qardaş ölkələrin seçimi Türkiyədir...

15:11 26 Dekabr 2024

Ukrayna müharibəsində Rusiyanın hərbi sursatlarının gözləntilərdən aşağı olması Mərkəzi Asiya ölkələrini silah alışı üçün Türkiyəyə yönəlməsinə səbəb olub. Hazırda Türkiyə bölgədə Çinlə rəqabət aparır. ABŞ bazara girməyə hazırlaşır, lakin Türkiyənin yüksək texnologiyalı məhsulları üçün müəyyən etdiyi münasib qiymətləri qıra bilmir.
Üçüncü ildir davam edən Rusiya-Ukrayna müharibəsində Moskvanın müdafiə sistemləri gözlənilənlərə cavab vermədi. Rusiya müharibə səbəbilə silah istehsalını öz daxili bazarına yönəltdi və bazardan çəkildi. Orta Asiya Türk Cümhuriyyətləri isə müdafiə ehtiyacları üçün başqa bazarlara üz tutur.  Bölgədə müdafiə sənayesində Çinlə rəqabət aparan Türkiyənin effektivliyi və həcmi artır. ABŞ şirkətləri bölgəyə daxil olmağa etməyə hazırlaşsalar da, həm məhsullarının baha olması, həm də qanunlar ABŞ-ı Türkiyə qarşısında əlverişsiz vəziyyətə salır.

TÜRKİYƏ-ÇİN RƏQABƏTİ

ABŞ-da Pentaqona yaxınlığı ilə tanınan Breaking Defence nəşrinin ABŞ Ticarət Nazirliyi və Müdafiə Nazirliyindən (Pentaqon) əldə etdiyi məlumatlara görə, Orta Asiya Türk Cümhuriyyətləri artıq silah alışında Rusiyaya üstünlük vermir. Əksəriyyəti KTMT üzvü olan Türk Cümhuriyyətlərinin əsas silah tədarükçüləri Türkiyə və Çindir. ABŞ-da yerləşən Xarici Siyasət Tədqiqat İnstitutunun (FPRI) mövzu ilə bağlı ətraflı araşdırmasına görə, Mərkəzi Asiya ölkələri Ukrayna müharibəsində Rusiyanın döyüş sistemlərinin zəif performansından “dəhşətə düşüb”. Mərkəzi Asiya ölkələri Rusiyaya qarşı Qərbin sanksiyalara görə Moskvanın artıq “Mərkəzi Asiyanın yeganə beynəlxalq təhlükəsizlik qüvvəsi” olmadığını düşünür. 

Mərkəzi Asiya ölkələri artıq kiçik miqyaslı müdafiə bazarıdır. Ticarət Nazirliyinin məlumatlarına görə, Mərkəzi Asiya ölkələri 2025-ci ildən başlayaraq xüsusilə modernləşdirmə və aviasiya sahəsində əhəmiyyətli büdcə artımına gedəcək. Türkiyə və Çinin bölgəyə silah ixracatında rəqabətə başladığından,  ABŞ fas bazara daxil olması üçün intensiv kampaniya hazırlıqlarına başlayıb. Lakin ABŞ şirkətlərini narahat edən yüksək texnologiyalı məhsullarının baha olmasıdır. Çin region ölkələrinə ikinci nəsil əsas müdafiə məhsullarını ucuz qiymətlərlə təklif etdiyi halda, Türkiyə yüksək texnologiyalı üçüncü nəsil məhsullarını dünya bazarına ABŞ-dan çox daha sərfəli qiymətlərlə təqdim edə bilir. ABŞ Xarici İşlər Nazirliyi də ehtiyat edir ki, Mərkəzi Asiya bazarında ABŞ texnologiyası olduğu halda, Çin və Rusiyanın da bu texnologiyaya çıxışı olacaq.

ABŞ Mərkəzi Asiya müdafiə bazarında rəqabət aparmaq istəsə də, bahalı məhsullar və məhdudlaşdırıcı qanunlar səbəbindən əlverişsiz vəziyyətdədir.Çünki həm də Texnologiyanın Rusiya və Çin tərəfindən ələ keçirilməsi riski var, bu ABŞ-ın regionda genişmiqyaslı müdafiə sazişləri imzalamasına mane olur. ABŞ Dövlət Departamenti mənbələrinin verdiyi məlumata görə, bütün Mərkəzi Asiya ölkələri öz proqramlarına “Rusiya və Sovet silah, maşın və avadanlıqlarının zərərsizləşdirilməsini və Qərbin müdafiə sistemlərinə keçməsini” daxil ediblər.

Məğrur,

Sitat.info 



Xəbər xətti