"Sülhməramlıların həddini aşdığını Rusiya rəhbərliyinin diqqətinə çatdırmalıyıq"

16:55 2 Fevral 2022

"İlk növbədə Azərbaycan hökuməti Rusiya rəhbərliyi ilə bu mövzunu geniş müzakirə etməli, sülhməramlıların həddini aşdığını onların diqqətinə çatdırmalı, bu fəaliyyətlərin gələcəkdə təkrarlanacağı təqdirdə bunu birgə bəyanatın yerinə yetirilməsindən Rusiya və Ermənistan tərəfinin imtinası kimi dəyərləndirə biləcəyimizi onların diqqətinə çatdırmalıdır".

Bu fikirləri SİTAT.İNFO-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev səsləndirib.

O, Kəlbəcərə edən Azərbaycan maşınlarının rus sülhməramlıları ilə birgə erməni separatçıları tərəfindən də yoxlanılması ilə bağlı yayılan videoya münasibət bildirərkən qeyd edib ki, yoxlamaların həyata keçirildiyi ərazi Azərbaycanın suveren ərazisidir: "Heç bir erməni silahlısı Azərbaycan ərazisində Azərbaycan vətəndaşını və Azərbaycana məxsus maşınlarını nəinki yoxlamaq, onlara yaxın getmək hüququna malik deyil. Odur ki, bunun qarşısı sərt bir şəkildə, lazım gələrsə Azərbaycan tərəfindən müdaxilə vasitəsilə birmənalı olaraq alınmalıdır".

SİTAT.İNFO



Xəbər xətti