Şimali Koreya nüvə silahı proqramını inkişaf etdirmək üçün bəhanə axtarırdı. Amma bu gün sadəcə Rusiyanın Ukraynanı işğal etməsindən özünə pay çıxartdı.
Nüvə arsenalından könüllü olaraq imtina etmiş azsaylı ölkələrdən biri olan Ukraynanın, indi döyüş başlıqlarını verdiyi ölkədən hücuma məruz qalması faktını Pxenyan gözardı etməz. Əslində, analitiklərin fikrincə, Moskvanın hərəkətləri bu Asiya ölkəsinə öz proqramını gücləndirmək üçün fürsət verdi.
Şimali Koreya lideri Ukraynanın acınacaqlı vəziyyətindən istifadə edərək, nüvə silahına olan ehtiyacı olduğu arqumentlərini gücləndirməklə yanaşı, həm də bütün gözlərin Avropadakı müharibəyə yönəlməsindən istifadə edəcək. Ukrayna ilə bağlı fikir ayrılığına düşmüş beynəlxalq ictimaiyyətin Şimali Koreyaya qarşı sanksiyalara həvəsi az olacaq.
Həqiqətən də, hətta Şimali Koreyanın bu yaxınlarda keçirdiyi nüvə silahı ilə bağlı sınağın vahid şəkildə pislənməsi hələ də baş tutmayıb. Üstəlik, Rusiya nefti və qazının boykot edilməsi hətta Pxenyan və Moskva arasında enerji qiymətlərinin aşağı salınması ilə bağlı sövdələşmələrə qapı açır. Dostluqları 1950-ci illərin Koreya müharibəsinə gedib çıxan ideoloji müttəfiqlər bu gün də birləşə ola bilər.
Ən pis ssenaridə ekspertlər hətta bunu Koreyalar arası münaqişəyə də səbəb ola bilər. Şimali Koreyanın Rusiyanın Ukraynadakı müharibəsindən aldığı dərs sadədir: "Heç vaxt, heç vaxt nüvə silahlarınızı təslim etməyin".
Ləman Sərvanqızı
SİTAT.İNFO