“Mexaniki qaz sayğaclarına smart cihazların quraşdırılmasında məqsdə istehlakçıların rahatlığının təmin olunmasıdır. “Ağıllı” qruğular vasitəsilə abonentləri narahat etmədən bütün məlumatları uzaq məsafədən öyrənmək mümkündür”.
Sitat.info xəbər verir ki, bu sözləri “Xəbər Ertəsinə” açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi Elçin Qocayev bildirib.
Onun sözlərinə görə, smart cihazlar həm də yaranan nasazlıqları vaxtında aradan qaldırmağa şərait yaradacaq.