Ermənistan hökumətinin Avropa İttifaqına üzvülük prosesinin başlanması ilə bağlı qərar layihəsi parlamentdə təsdiq olunduqdan sonra, referenduma çıxarılacaq. N. Paşinyan Avropa İttifaqına üzv olmaq üçün prosedurlara başlaması Qərbdən siyasi -iqtisadi və hərbi yardımlar almasına hesablanıb.
Rusiya ilə strateji müttəfiqliyin Ermənistanın forpost olmasını və Kremldən asılı vəziyyətə gəlməsini şərtləndirir ki, Paşinyan bunun fərqindədir. Ona görə də ABŞ-la strateji müttəfiqlik sazişini imzaladı".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Paşinyan həmçinin Avropa İttifaqına üzvülük prosesinin gündəmə gətirib: "Ermənistan Avropa İttifaqına üzvlük üçün referendum keçirib, əhalinin səsini alarsa da, Avropa İttifaqına üzv ola bilməyəcək. Çünki, Avropa İttifaqı ilə quru sərhəddi olmalıdır. Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra, Türkiyə ilə əlaqələri normallaşdırmalıdır. Bundan əlavə, Türkiyə Avropa İttifaqına üzv olmalıdır ki, Ermənistan da birliyə üzv olsun. Ermənistan Türkiyə vasitəsilə Avropa İttifaqı ilə quru sərhəddə malik ola bilər".
Politoloqun sözlərinə görə, Ermənistan çalışır ki, Türkiyə ilə normallaşma prosesini sürətləndirsin: "Bu il ərzində Türkiyə və Ermənistan diplomatik əlaqələri qurula bilər. Rəsmi Ankara da buna görə Azərbaycanla iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün çalışır. Türkiyə də Fransa və Rusiyanın Ermənistanda mövqeyinin güclənməməsi üçün bu ölkə ilə sərhədləri açıb, prosesləri idarə etməyi hədəfləyir. Türkiyənin geopolitik planı "Qafqaz Evi" qurmaq və Qafqazda geosiyasi mövqelərini möhkəmləndirməkdən ibarətdir. Bunun üçün Azərbaycan və Ermənistanla sülh müqaviləsinin bağlanmasına çalışır".
M.Əsədullazadə əlavə edib ki, Türkiyə Cənubi Qafqazda siyasi sabitlik və sülhü təmin edə bilərsə, Avropa İttifaqına üzv ola bilər: "Çünki, beynəlxalq siyasi nizam dəyişir Avropa İttifaqının Cənub -Şərq cinahı üçün Türkiyə kimi bir ölkəyə ehtiyacı yaranacaq".
Nigar,
Sitat.info