Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
İndiyədək ümumilikdə 792 638 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 869 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 60 nəfərdir.
Ölkədə son sutka ərzində 1 890, hazırkı dövrədək isə 6 838 458 test aparılıb.
Digər bir məlumata görə, Azərbaycanda son sutkada 8 nəfər vaksinasiya olunub.
Gün ərzində birinci və ikinci doza vaksin vurduran olmayıb.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 7-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1 olub.