Tramp Rusiyanı atəşkəsə necə məcbur edəcək?

21:47 22 Yanvar 2025

"Tramp sosial mediadan Putinə müraciət edərək onu müharibəni dayandırmağa çağırıb. Müraciəti öz məzmununa görə ultimatum kimi də qiymətləndirmək olar, çünki razılaşma əldə olunmasa, Tramp Putini Rusiyaya qarşı sanksiyaları ağırlaşdıracağı ilə təhdid edir".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. 

Ş.Cəfərli deyib ki, Rusiyaya ən təsirli sanksiyalar enerji sektoruna real əngəllərin yaradılması ola bilər: "Yeni sanksiya təhdidi Putini dayandıra bilərmi? Çoxlarına elə gəlir ki, artıq hər cür sanksiya tətbiq olunub və Qərbin əlində bu sahədə başqa imkan qalmayıb. Belə deyil. Hələ sanksiyaların potensialı tükənməyib.

Məsələn, Bayden Rusiya neft sektoruna real sanksiyaları yalnız son günlərdə tətbiq etməyə başladı. Bu sahədə sanksiya rejimini daha da ağırlaşdırmaqla Rusiya iqtisadiyyatında stres səviyyəsini yüksəltmək mümkündür. Yaxud Avropa Rusiyadan LNG almağa davam edir. Bunu dayandırmaqla Rusiyaya növbəti ağır zərbə endirmək olar".

Politoloq Rusiya iqtisadiyyatının çökməkdə olduğunu diqqətə çatdırıb: "Rusiya iqtisadiyyatında neqativ tendensiyalar güclənib və təbii ki, Trampa bu mövzuda brifinq verilib. O, Rusiya iqtisadiyyatının çökməkdə olduğunu bildirib".

Nigar,

Sitat.info

 



Xəbər xətti