Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, 1982-ci il təvəllüdlü Vüsal Zeynalov,1985-ci il təvəllüdlü Elyanə Vəliyeva, 2008-ci il təvəllüdlü Ülvi Zeynalı, 2015-ci il təvəllüdlü Asya Zeynalı və 2007-ci il təvəllüdlü Ayşə Zeynallı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.