Türkiyə-Yunanıstan sərhədində 12 miqrant donaraq öldü

08:52 3 Fevral 2022

Türkiyə-Yunanıstan sərhədi yaxınlığında 12 miqrantın donmuş vəziyyətdə cəsədi tapılıb.

APA “BBC News”a istinadən xəbər verir ki, Türkiyə rəsmiləri çərşənbə günü səhər saatlarında 11 cəsədin tapıldığını bildirib.

Daha bir nəfər isə donvurma diaqnozu ilə tapılıb və daha sonra xəstəxanada ölüb.

Bununla bağlı Türkiyə Yunanıstan sərhədçilərini bir qrup miqrantı sərhədi keçməyə məcbur etməkdə ittiham edib.

Yunanıstanın miqrasiya naziri Notis Mitaraçi isə öz növbəsində bildirib ki, miqrantlar heç vaxt sərhədə çatmayıblar.



Xəbər xətti