Finlandiyadan sonra İsveç də NATO üzvlüyünə “yaşıl işıq” yandırıb

13:47 13 May 2022

İsveç parlamenti NATO-ya üzvlüklə bağlı təhlükəsizlik-siyasi təhlil hesabatını açıqlayıb.

SİTAT.İNFO xəbər verir ki, İsveç parlamenti NATO-ya üzvlüyün regionda təhlükəsizliyi gücləndirəcəyini bəyan edib.

“NATO-ya üzv olmaq qonşularımızın müdafiəsini gücləndirəcək, çünki Baltik dənizi və Şimal dənizi bir təhlükəsizlik siyasi regionudur”, - hesabatda bildirilir.

İsveçin xarici işlər naziri Ann Linde də NATO-ya üzvlüyün “sabitləşdirici təsiri” olacağını diqqətə çatdırıb.

O qeyd edib ki, İsveçin NATO-ya üzvlüyü hərbi münaqişələrin baş vermə ehtimalını yüksək dərəcədə azaldacaq: “Beləliklə, Avropanın şimalında münaqişənin qarşısını alacaq təsirə malik olacaq”.

Xatırladaq ki, mayın 12-də İsveçin qonşusu Finlandiya hökuməti NATO-ya üzvlük prosesinin başladılmasına rəsmi təsdiq verib. 

(APA)



Xəbər xətti