"Atəşkəsi pozan 3-cü qüvvələr ola bilər..." - Sərdar Cəlaloğlu

11:35 18 Mart 2025

"Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında heç bir mübahisə qalmayıb. Xarici İşlər Nazirliyimiz və Ermənistan tərəfi  bəyanat verib ki, artıq iki tərəf arasında  sülh müqaviləsi ilə bağlı iki tərəf arasında heç bir iddia yoxdur. Görünür ki, bəzi qüvvələr sülhə yaxınlaşdıqca aranı qarışdırmaq istəyirlər. Atəşkəs, müharibə ritorikasını yaradanlar Rusiya tərəfindən dəstəklənən qüvvələrin apardığı işdən ibarətdir. Faktiki olaraq Azərbaycan hökuməti rəsmi bəyanat verib ki, Ermənistan Azərbaycanın təklifləri üçün razıdır. Ermənistan da, qeyd-şərtsiz sülhə hazırdır. Burada yalnız atəşkəsi pozan yalnız 3-cü qüvvələr ola bilər."

Bu sözləri "Sitat.info"ya açıqlamasında Sərdar cəlaloğlu deyib.

S.Cəlaloğlu əhalini mediada yayılan dezinformasiyalara inanmamağa çağırır:

"Bu baxımdan, mən ciddi bir şey olacağını düşünmürəm. Azərbaycan höküməti əsasən mətbuata diqqət etməlidir ki, yalnış xəbər yayılmasın. Müdafiə Nazirliyi bununla bağlı ciddi bir bəyanatı yoxdur. Atəşkəsin pozulması ilə bağlı rəsmi olmayan məlumatlara inanmaq olmaz. Ola bilsin ki, kimsə ova çıxıb, bir quş vurub,onun səsini bəyan edib, deyirlər ki, atəşkəs pozulub. Bununla sadəcə aranı qarışdırmaq istəyirlər. ".

Türkanə Muradlı,
Sitat.info



Xəbər xətti