Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Təhsil Müşavirliyi Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə müraciət edib.
Sitat.info xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli tələbələr! Təhsil aldığınız universitet və şəhərdə baş tutan aksiyalara qarışmamağınız, bu tip hadisələrin olduğu məkanlardan uzaq durmağınız xahiş olunur!”
Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin əksər vilayətlərində, xüsusilə İstanbulda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı gemişmiqyaslı etiraz aksiyaları keçirilir. Aksiyalarda tələbələr də aktiv iştirak edir./Musavat.com