Sülhməramlılar Xankəndi teatrında – Separatçılara rus dili təbliğ olunur

14:28 3 Fevral 2022

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Xankəndi teatrında olublar.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Teatrda rus hərbçiləri üçün “Ay canavarı” tamaşası səhnələşdirilib.

Açıqlamada hərbçilərin “Qarabağda rus dilinin və rus mədəniyyətinin dəstəklənməsi və gücləndirilməsi” çərçivəsində teatrda olduqları bildirilib.



Xəbər xətti