“İran Ermənistan və Azərbaycan arasında sülh sazişini dəstəkləyir”

17:11 25 Mart 2025

“İran Ermənistan və Azərbaycan arasında sülh sazişini dəstəkləyir. Biz ümid edirik ki, iki ölkə müqavilənin imzalanması ilə bağlı yekun qərarı ən qısa zamanda verəcək”​.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Abbas Əraqçi İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə brifinqdə deyib.

İran XİN rəhbəri bildirib ki, ölkələrin ərazi bütövlüyü ilə milli qanunlarına hörmət edilməlidir:

“İstənilən başqa variant qəbuledilməzdir. Regiondakı bütün problemlər güc tətbiq edilmədən, diplomatiya yolu ilə həll olunmalıdır. Bu, Tehranın sabit mövqeyidir. Saziş Cənubi Qafqazda sülh və sabitlik üçün çox vacibdir. Bu məsələ iqtisadi əlaqələrin inkişafı üçün də çox vacibdir.

Ümid edirik ki, yaxın vaxtlarda mövcud problemlər öz həllini tapacaq və bu saziş imzalanacaq”.



Xəbər xətti