Rusiya və ABŞ təhlükəsiz naviqasiyanı təmin etmək və Qara dənizdə güc tətbiqindən çəkinmək barədə razılığa gəliblər.
Sitat.info xəbər verir ki, bu barədə Ağ Evin Rusiya və ABŞ ekspert qruplarının Ər-Riyadda keçirilən görüşünün yekunları üzrə bəyanatında deyilir.
“ABŞ-Rusiya Qara Dəniz Ekspert Qruplarının 23-25 mart tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki işinin nəticələrinə həsr olunmuş sənəddə qeyd edilir ki, Birləşmiş Ştatlar və Rusiya naviqasiya təhlükəsizliyini təmin etmək, güc tətbiqindən çəkinmək və Qara dənizdə ticarət gəmilərindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq barədə razılığa gəliblər”, - deyə bildirilib.