Bakının Yasamal rayonu ərazisində ağacların kəsildiyini əks etdirən görüntülər yayılır.
Sitat.info Globalinfo.az-a istinadla xəbər verir ki, görüntülər Şərifzadə küçəsi, İTV-nin binasının arxası, Azon zavodun ərazisində qeydə alınıb.
23 aprel 2024-cü ilə – 1 il öncəyə aid videoda ərazidə xeyli şam və küknar ağaclarının olduğu görünür (müqayisə üçün hər iki video təqdim edilir - red.). İddia olunur ki, hazırda ağaclar texnika ilə məhv edilir.
Şahidlərin sözlərinə görə, “Avant Park” şirkəti yaxınlıqda tikinti aparır. Amma ağacları qıran bu şirkətin olub-olmadığı bilinmir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, məsələdən xəbərdardırlar. Onun sözlərinə görə, nazirliyin əməkdaşları araşdırma aparır.