Putin ABŞ-a Ukraynada müvəqqəti hökumət qurmağı təklif edib

11:30 28 Mart 2025

Ukraynada müvəqqəti idarəetmənin tətbiqi mümkünlüyü BMT-nin himayəsi altında ABŞ, Avropa ölkələri və Rusiyanın tərəfdaşları ilə birlikdə müzakirə oluna bilər.

Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vlaimir Putin bildirib.

Onun sözlərinə görə, bu, demokratik seçkilərin keçirilməsinə və hakimiyyətə normal fəaliyyət göstərə bilən hökumətin gəlməsinə imkan verərdi.

“Ukraynada Prezident seçkiləri olmadığı üçün hazırda mülki hakimiyyət qeyri-qanunidir”, – Putin vurğulayıb.

Dövlət başçısı onu da bildirib ki, bütün cəbhə xətti boyunca strateji təşəbbüs tamamilə rus qoşunlarının əlindədir.

“Rusiya qoşunları LXR ərazisinin 99%-ni və DXR ərazisinin 70%-dən çoxunu azad edib və irəliləyir”, – Putin əlavə edib.



Xəbər xətti