Yevlaxda mikroavtobusla minik maşını toqquşub.
Sitat.info xəbər verir ki, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.
Məlumata görə, mikroavtobusla VAZ markalı avtomobilin toqquşması nəticəsində ən azı 5 nəfər xəsarət alıb.
Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.
Mikroavtobusda tibb işçilərinin olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Yevlaxda qəzaya düşən tibb işçilərinin kimliyi məlum olub.
Həmin şəxslər 1984-ci il təvəllüdlü Jalə Süleymanova, 1977-ci il təvəllüdlü Nurlana Məmmədova, 2003-cü il təvəllüdlü Nuray Kərimova, 1995-ci il təvəllüdlü Vüsal Məmmədov, 1990-cı il təvəllüdlü Arzu Məmmədova və 1991-ci il təvəllüdlü Çinarə Əliyevadır.
Yaralılardan ağır vəziyyətdə olan Gəncə sakini Vüsal Məmmədov üzərində cərrahi əməliyyat aparılıb