Avropa ölkələrinin Moskvaya qarşı sanksiyaları ləğv etmək istəməməsi onların sülh istəməməsi deməkdir.
Sitat.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Qara dəniz təşəbbüsünün tərkib hissəsi kənd təsərrüfatı məhsulları ilə bağlı hesablaşmalarla məşğul olan bank qurumumuza qarşı sanksiyaların aradan qaldırılmasıdır. Bu sanksiyaların mahiyyəti son dərəcə aydındır. Əgər Avropa ölkələri bu yolla getmək istəmirlərsə, bu o deməkdir ki, onlar sülh yolu ilə getmək istəmirlər, Moskva və Vaşinqtonun sülhsevər istiqamətə doğru irəliləmək üçün göstərdikləri səylərə töhfə vermək və birgə hərəkət etmək istəmirlər”, - Peskov bildirib.