Fransa hakimiyyəti Fransız Qvianasında kreol dilini sıxışdırır.
Sitat.info xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun "Müstəmləkəçilik: milli-dini kimliyin silinməsi" mövzusunda beynəlxalq konfrans ərəfəsində təşkil etdiyi mətbuat konfransında Fransız Qvianasından Dekolonizasiya və Sosial Emansipasiya Hərəkatının (MDES) üzvü Dominik Monte deyib.
Onun sözlərinə görə, dilin sıxışdırılması prosesi media və mədəniyyət sahəsindən başlayıb.