Evi uçurdulan vətəndaş şirkətdən 2 milyon istəyib?

19:40 28 Mart 2025

“Melissa Group” tikinti şirkətinə daxil olan “FEBA” MTK-nın nümayəndəsi Yasamal rayonunda rəsmi icazəsi olmadan evini uçurduqları Həbib Hacıyevə 651 min manat pul təklif etdiklərini, vətəndaşın isə 2 milyon civarındapul tələb etdiyini bildirib.

Sitat.info xəbər verir ki, şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.

O bildirib ki, 2 milyon manat iddiası tamamilə yalandır:

“Ümumiyyətlə, bizimlə danışığa gəlməyiblər. Bilərəkdən, qərəzli şəkildə yalan danışırlar. 651 min manat təklif etmələri də yalandır. Sadəcə, bildiriş məktubu vasitəsilə 173 min manat təklif olunub”.



Xəbər xətti