Myanmada daha bir zəlzələ oldu

14:09 29 Mart 2025

Myanmanın paytaxtı Neypidodan iki kilometr məsafədə 5,2 maqnitudalı zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanlar yerli vaxtla saat 15:50-də baş verib.

Qeyd edək ki, ötən gün Myanmada 7,7 və 6,4 bal gücündə ardıcıl dağıdıcı zəlzələlər baş verib. Son məlumata görə, zəlzələ nəticəsində 1002 nəfər ölüb, 2376 nəfər yaralanıb.



Xəbər xətti