XİN Myanma və Tailanddakı zəlzələ ilə bağlı başsağlığı verdi

14:43 29 Mart 2025

Azərbaycan Xarici İşlər Nazirliyi Myanma və Tailandda baş verən zəlzələ ilə bağlı başsağlığı verib.

Sitat.info xəbər verir ki, bu barədə nazirliyin X sosial media hesabında paylaşım ediliib.

"Myanma və Tailandda baş vermiş dağıdıcı zəlzələdən zərər çəkənlərə başsağlığı veririk. Fəlakətdən zərər çəkmiş insanların mümkün qədər tez normal vəziyyətə qayıtmasına, zərər çəkmiş ərazilərin bərpasına və yenidən qurulmasına ürəkdən ümid edirik", - paylaşımda qeyd olunub.



Xəbər xətti